«Nizami Gəncəvi ili» çərçivəsində keçirilən intellektual oyunda qalibiyyət

       Mayın 2-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə “Ağıllı Şəhər-Bakı” layihəsi «Nizami Gəncəvi ili» çərçivəsində dahi şairin həyat və yaradıcılığına həsr olunmuş intellektual yarış keçirib. Respublikanın bütün bölgələrindən 9-11-ci sinifləri təmsil edən komandalar öz biliklərini sınayıb.
    Qeydiyyatdan keçən 6 nəfərdən ibarət 641 komandadan 300-ə yaxını  yarışa qoşuldu. Yarışda respublikanın əsas şəhərlərilə yanaşı, kiçik kənd və qəsəbələri təmsil edən komandalar da iştirak edirdi.
    İştirakçılar Nizami Gəncəvinin həyatı, yaradıcılığı və onun  dünyagörünüşünü əhatə edən 24 suala cavab verdilər. Hər sualı cavablandırmaq üçün komandaların 70 saniyə vaxtı var idi, suallar onlayn oyun platforması vasitəsilə verilirdi.
    Maraqlıdır ki, turnir cədvəlinin üst pillərlərində bütün bölgələri təmsil edən komandalar yer ala bildi. Liseyimizin «Zəkalar Sr» komandası turnirdə öz qrupunun birincisi oldu, ümumi hesabda isə  1 xal fərq ilə ikinci yeri tutub.
    Qaliblər diplom, medal və maraqlı hədiyyələrlə təltif ediləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi