5 şagirdimiz finala vəsiqə qazandı

  

   08.03.2021-ci il və 10.03.2021-ci il tarixlərində Respublika fənn olimpiadalarının yarımfinal turu keçirildi. 287 nömrəli Zəkalar liseyinin  şagirdlərindən 5  nəfəri  finala vəsiqə qazandı. Beləki, 11-ci sinif şagirdi  Həsənzadə Leyla Azərbaycan dili və ədəbiyyat , 10-cu sinif şagirdi  İskəndərov Murad tarix , 11-ci sinif şagirdi Əzizov Fərid , 10-cu sinif şagirdi Ağayev Şahmar  və 8-ci sinif şagirdi Bəxtiyarova Nazlı  informatika fənni üzrə yüksək nəticələr göstərərək finala vəsiqə qazanmışlar.  

 Qeyd edək ki, bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin 118 şagirdi fənn olimpiadalarının respublika mərhələsinin final turunda iştirak etmək hüququ qazanıb. Onlardan 5 nəfəri Zəkalar liseyinin şagirdidir. Finalçı şagirdlərimizə uğurlar arzu diləyirik. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi