3 şagirdimiz informatika üzrə respublika fənn olimpiadasının finalına vəsiqə qazandı

    Martın 8-də  informatika üzrə respublika fənn olimpiadasının yarımfinal turu keçirildi.  Mövcud pandemiya qaydalarına uyğun keçirilən bilik yarışında ümumilikdə 160 nəfər şagird iştirak edirdi. Onlardan 5 nəfəri Zəkalar liseyinin şagirdləri idi. Olimpiadaçılarımızın 3 nəfəri uğurlu nəticə göstərərək finala vəsiqə qazandı. Liseyimizin 8e sinif şagirdi Bəxtiyarova Nazlı, 10a sinif şagirdi Ağayev Şahmar və 11d sinif şagirdi Əzizov Fərid  informatika üzrə respublika fənn olimpiadasının final turunda iştirak edəcəklər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi