Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü

      26 fevral 2021 tarixində liseyin bütün siniflərində   ilk dərslər Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edilib. "Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı”na əsasən tədris olunan ənənəvi və onlayn dərslər Xocalı qurbanlarının xatirəsini  yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, məktəblilərdə düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək məqsədlərinə xidmət edir. 

      Bundan başqa təşkilati işlər üzrə direktor müavini Səidə Rəhimovanın təşkilatçılığı ilə "Xocalını hadisələrini  unutmuruq, unutdurmuruq" adlı onlayn tədbir keçirildi. Tədbirdə Xocalı hadisərini əks etdirən video materiallar izləndi, soyqırım qurbanlarının xatirəsinə şeirlər, mahnılar və bayatılar səsləndirildi. Şagirdlər soyqırım qurbanlarına həsr etdikləri rəsm əsərlərini təqdim etdilər. Sonda  Azərbaycan Respublikasının prezidenti  İlham Əliyevin işğaldan azad olunan torpaqlara geri dönmək və ana yurdu yenidən çiçəkləndirmək üçün  yürütdüyü uğurlu siyasi addımlar  haqda məlumat verildi. Tədbir ümid və arzu dolu notlarla yekunlaşdı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi