Respublika Fənn Olimpiadaları qalibləri mükafatlandırıldı

Mayın 17-də Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.Sonra Respublika Fənn Olimpiadalarına həsr olunmuş videoçarx nümayiş olunub.Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, bir sıra dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, münsiflər heyətinin sədrləri və üzvləri, olimpiada qalibləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Liseyimizin 3 şagirdi mükafatlandırılanlar sırasında olub. Səfərov Rauf (10a) tarix fənni üzrə II yerə, Ağalı Günel (9c) fizika fənni üzrə II yerə, Paşayeva Aytəkin (9d) kimya fənni üzrə III yerə layiq görülmüşdür. Qaliblər medal və qiymətli hədiyyələrlə mükafatlandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi