Buraxılış imtahlarına hazırlıq səviyyəsinin yoxlanılması

     21 yanvar 2021 tarixində 287 nömrəli Zəkalar liseyində buraxılış imtahanına şagirdlərin hazırlığını yoxlamaq məqsədilə onlayn qiymətləndirmənin  ilk etapı keçirildi. Əvvəlcədən planlaşdırdığı üzrə ilk olaraq 9-cu sinif şagirdləri riyaziyyat fənni üzrə sınaq imtahanına qoşuldular. İmtahanın təşkilati üzrə məsul olan təlim tərbiyə işləri üzrə direktor müavini Aygün Məmmədovanın rəhbərliyi ilə 9a, 9b, 9c, 9d, 9e, 9k siniflərinin hər biri A və B qruplarına bölündü. Qruplara nəzarətçilər təyin edildi. Şagirdlər 45-60 dəqiqə ərzində riyaziyyatdan açıq və qapalı  sualları cavablandırdılar. Növbəti etaplarda digər fənlər üzrə də buraxılış siniflərinin yoxlanması davam etdiriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi