Parlaq gələcək bizi gözləyir

      25 dekabr 2020-ci il tarixində Zəkalar liseyndə  “Parlaq gələcək bizi gözləyir” adlı onlayn tədbir keçirildi. Tədbir mövcud vəziyyətlə bağlı həm müəllimlərə, həm də şagirdlərə  nikbinlik və motivasiya vermək məqsədi daşıyırdı.  Liseyin direktoru Aygün Əhmədlinin tövsiyəsi və direktor  müavini Leyla Məcidovanın təşkilatçılğı ilə keçirilən tədbirdə 200-ə qədər iştirakçı vardı. Tədbir müharibə iştirakçırları və şəhidlərimizin xatirəsinin anılması ilə başladı. Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Günay İskəndərova çıxış etdikdən sonra 6c sinif şagirdi Ömər Məmmədov " Xudayar təsnifi"ni ifa etdi.  Tədbirin birinci hissəsi pandemiya ilə bağlı  maarifləndirmə xarakteri daşıyırdı. Bu hissədə liseyin müəllimləri Mənsurə Tağıyeva, Sahilə Bilalova, Nazimə Abdullayeva çıxış etdilər. İkinci hissəsində yaradıcılıq qabiliyyəti olan şagirdlərin hazırladıqları maraqlı və əyləncəli videolar təqdim edildi.  Liseyin psixoloqu Xatirə Hacıyeva və  ingilis dili müəlliməsi Nigar  İbrahimova şagirdlərə  dərsdən  kənar zamanı daha səmərəli  təşkil edilməsi barədə tövsiyyələr verdlər,  Azərbaycan dili müəlliməsi Könül Əliyeva şeir söylədi. Tədbirin sonunda liseyin  direktor müavini  Səidə Rəhimova  şagirdlərin diqqətini yoxlamaq məqsədilə maraqlı bir viktorina keçirdi.  Direktor müavini Aygün Məmmədova və bir neçə  müəllim də iştirakçı qismində tədbirə qoşulmuşdular. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi