Azərbaycan Türkiyə qardaşlığının rəmzinə çevrilən şəklin qəhrəmanı Babək Abbasovla onlayn görüş keçirildi

         13 dekabr 2020-ci il tarixdə 287 nömrəli Zəkalar liseyinin müəllim və şagirdləri üçün ən unudulmaz günlərdən birinə çevrildi. Liseyin direktoru Aygün Əhmədlinin  təşəbbüsü və Səidə Rəhimovanın təşkilatçılığı ilə Vətən müharibəsi qazisi Babək Abbasovla onlayn görüş təşkil edildi.  Qəhrəman əsgər iştirak etdiyi real döyüşlərdən danışdıqca hər kəsin gözündə o hadisələr canlanırdı. Füzuli və Cəbrayıl istiqamətlərində döyüşlərdə iştirak edən tankçı  döyüş yoldaşlarının ruh yüksəkliyindən, ən yüksək insani  dəyərlərindən danışdı.  Hadisələri danışdıqca yenidən həyacan keçirdiyini deyən əsgər, keçirdiyi ağır hislərə baxmayaraq,  yenə də şagirdlərə vətənpərvərik hissini yüksəldilməsi naminə xatirələrini uşaqlarla bölüşdü.  Şagirdlərin suallarını səmimiyyətlə cavablandırdı.  Azərbaycan və Türkiyə dostluğunun rəmzinə çevirlən  iki əsgərinin şəklində yer alması  tarixindən  böyük təvəzökarlıqla danışdı. Liseyin müəllimlərinin və şagirdlərinin  qəhrəman əsgərlə dialoqu min dərsə dəyən əsl həyat dərsi idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi