Onlayn iclas keçirildi

   20.06.2020-ci il tarixində 287 nömrəli Zəkalar liseyinin pedaqoji heyətinin 2019-2020-ci dərs ilinin yekunlarına həsr olunmuş iclası keçirildi. İclası çıxış sözü ilə liseyin direktoru Aygün Əhmədli açıq elan etdi. Direktor və digər çıxış edənlər dinlənildikdən sonra qərarlar qəbul edildi. Belə ki, 2019-2020ci tədris ili qənaətbəxş hesab edildi.  Qazanılmış  uğurlarla bağlı şagird ve müəllimlərin əməyi  müsbət qiymətləndirildi.  Mövcud vəziyyətdə mütəmadi dərslərini keçən, verilən tapşırıqları  yerinə yetirən müəllimlərə təşəkkür edildi.  Microsoft Teams platforması ilə  dərs keçməklə bağlı  müəllimlərə tapşırıldı ki, yay dövründe bu proqramın  istifadə qaydalarını, tapşırıq, test vermə və digər alətlər vasitəsilə dərs keçməyi təkmilləşdirsinlər.

   Sonda isə  ən əsası hər bir müəllimi yeni dərs ilində gümrah və sağlam görmək məqsədilə özlərini qorumaq tövsiyyə olundu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi