Şagirdlərin sosial izolyasiyaya çağırışı
287 nömrəli Zəkalar liseyinin şagirdləri dünyada tüğyan edən Covid-19 pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən sosial izolyasiya tədbirlərinə qoşulmaq üçün çağırış etdilər. Şagirdlər hazırladıqları videoçarxlarla hər bir vətəndaşı daha məsuliyyətlə davranmağa, qaydalara diqqətlə əməl etməyə dəvət etdilər.