İnsan   alverinə  qarşı   mübarizə məqsədilə tədbirlər keçirildi

    İnsan   alverinə  qarşı   mübarizə  fəaliyyətini   tənzimləyən   qanunvericiliklə   nəzərdə  tutulan   aidiyyəti   tədbirlər   həyata   keçirildi. 

Məktəb psixoloqu il  ərzində   IX, X və XI siniflərdə insan alveri və uşaq əməyinin istismarı ilə bağlı  mütəmadi olaraq profilaktik söhbətlər  aparır.  Şagirdlərə yaşından asılı olmayaraq insanların bu təhlükəyə məruz qaldığından, mafiya qruplarının müxtəlif  yollarla insanları aldadaraq istismar etməsindən,onları xaricdə yüksək gəlirli iş vədləri ilə aldadaraq  xarici ölkələrdə  ağır işlərdə işləməyə məcbur etmələri barədə ətraflı məlumat verir.

Psixoloji –sosial  durumu  zəif olan  insanların belə  qurbanlara  çevrilməsi  hallarının  artmaması  üçün  cəmiyyətdə  düzgün insanlarla  münasibət  qurmaq  lazımdır.

Dövlət orqanları belə qruplaşmaları izləyir, insanları  televiziya, radio və mətbuat vasitəsi ilə belə təkliflərə aldanmamaları yönündə xəbərdar edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi