Şagirdlər fənn olimpiadasının növbəti turuna keçdilər

   Təhsil Nazirliyinin keçirdiyi fənn olimpiadalarının ikinci turunda  287 nömrəli Zəkalar liseyinin şagirdləri də uğurla iştirak etdi.   Azərbaycan dili   fənni üzrə iştirak edən   9k sinif şagirdi Şəbnəm Haşımlı  85 bal toplayaraq öz həmyaşıdları içərisində respublika üzrə ən yüksək nəticə göstərərək birinci, IX-XI sinif şagirdləri arasında isə üçüncü  olub.

  Şəbnəmlə birgə, liseyin 19 şagirdi fənn olimpiadalarının növbəti turuna vəsiqə qazandı. Azərbaycan dili fənni üzrə İ. Seyidov, L.Həsənzadə, N.Tağıyeva, Ş.Haşımlı, X.Abbasova, fizika fənni üzrə S.Məmmədzadə, R.Ağazadə, T.Rəhimov, informatika fənni üzrə F.Əzimov, Ş.Ağayev, Z.Abdulla, İ.İxtiyarlı, M.Salamova, riyaziyyat fənni üzrə T.Nomalıyev, kimya fənni üzrə A.Şükürova, İ.Cəfərova, tarix fənni üzrə M. İskəndərov, Z.Bektaşi, coğrafiya fənni üzrə E.Atluxanov  olimpiadaların  növbəti turunda iştirak edəcəklər.  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi