Şəhidləri anım tədbiri keçirildi

16 yanvar 2020-ci il tarixində 287 nömrəli Zəkalar liseyinin ibtidai siniflər korpusunda  ibtidai siniflər üzrə metodbirləşmə sədri Hacinskaya Reyhanın təşkilatçılığı ilə 20 Yanvar şəhidlərini anım tədbiri keçirildi.  Korpusun bütün dəhlizlərində   şəhidlərin  xatirəsinə həsr edilmiş əl işləri, divar qəzetləri və qırmızı qərənfillər düzülmüşdü. Şagirdlər şəhidlərə həsr olunmuş şeirlər söylədi, xatirə lövhəsi önünə qərənfillər düzdülər. Liseyin direktoru Aygün Əhmədli şagirdlərlə mövzu ilə bağlı söhbət apardı. Azərbaycan xalqının azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin qəhrəmanlıq mübarizəsinin hörmət və ehtiramla yad edildiyini, onların igidliyinin yüksək qiymətləndirildiyini, Vətən övladlarının qanları bahasına qazanılan müstəqilliyimizin qanımız və canımızla qorunmalı olduğunu bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi