Fənn müsabəqəsinin qalibləri mükafatlandırıldı

    Dekabrın 17-də Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə V Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

   Mərasimdə Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov, Təhsil İnstitutunun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər qonaqlar iştirak ediblər.

    Qeyd edək ki, V Respublika fənn müsabiqələri riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə VI-VII sinif şagirdləri arasında iki mərhələdə keçirilib. Müsabiqələrin rayon (şəhər) mərhələsində 22 mindən çox, final mərhələsində isə 5 minə yaxın şagird iştirak edib. Müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 151 nəfər qalib elan olunub. Onlardan 25 nəfər qızıl, 50 nəfər gümüş, 76 nəfər isə bürünc medal qazanıb.

    287 nömrəli Zəkalar liseyinin  iki şagirdi informatika fənni üzrə mükafatlandırılıb.  7e sinifindən Bəxtiyarova Nazlı qızıl medala,  Quliyev Rəhman  isə bürünc müdala layiq görülüb.  Fənn müəllimi Məhin Cəfərovadır. Zəkalar liseyi komanda hesabında iştiraka görə II yerə layiq görülüb. Həm lisey rəhbərliyi,  həm də qalib şagirdlər və fənni tədris edən müəllim  mükafatlandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi