"Milli Teatr Günü"nü qeyd etdik

Bu əlamətdar gün münasibətilə məktəbimizdə əsl teatr ab-havası yaşandı. 285 nömrəli tam orta məktəbin ədəbiyyat müəllimi Yeganə Allahverdiyevanın təşəbbüsü ilə 7b, 8b və 9d sinif şagirdləri Cəlil Məmmədquluzadənin dərin mənalı və düşündürücü əsəri “Anamın kitabı”nı səhnələşdirdilər. Gənc istedadlar bu əsəri səhnəyə daşıyaraq müəllifin yaratdığı obrazları canlı şəkildə canlandırdılar, tamaşaçılara həm duyğu dolu, həm də düşündürücü anlar yaşatdılar. Bu layihənin əsas məqsədi məktəblilərdə mədəniyyətə və teatr sənətinə marağı artırmaq, onların yaradıcılıq potensialını üzə çıxarmaq və səhnə mədəniyyətini aşılamaqdır.