Kitabxanada şagirdlərin hesabat konfransı

29 yanvar 2018 – ci il tarixində məktəb kitabxanasında hesabat konfransı keçirildi. Şagirdlərin belə hesabatları illik plana uyğun olaraq ildə iki dəfə: I yarımilin yekununda və tədris ilinin sonunda keçirilir. Konfransda müxtəlif yaş qrupları üzrə ən fəal oxucular iştirak etdilər. Oxucular oxuduqları kitablar və onların faydaları haqqında çıxışlar etdilər. Əldə etdikləri bilik, bacarıq və vərdişləri ilə bağlı fikirlərini bölüşdülər.

Sonda şagirdlərin mütaliə bacarıqları öyrənildi, oxuculara məsləhət və tövsiyələr verildi. Nümunəvi oxucular müəyyənləşdirilərək onların II yarımil üçün mütaliə günlərinin qrafiki tərtib edildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi