Əməkdaşlıqla formalaşan təcrübə

Mayın 30 – da Azərbaycan Dövlət Universitetinin məktəbdə pedaqoji təcrübə keçən müəllim və tələbələrlə pedaqoji təcrübənin yekunlarına aid iclas keçirildi.  İclasda məktəb rəhbərliyi, məktəbin GHÇ rəhbəri Dərgah Əliquliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq tədris texnologiyası kafedrasının müdiri Təğiyev Telman Toğrul oğlu, kafedranın bir qrup müəllimi – Sadıqov Əvəz Rəşid oğlu,  kafedranın baş müəllimi Eminov Təyyar Mahd oğlu,  kafedranın müəllimi Müsəllimov Vəliyəddin Ziyəddin oğlu və kafedranın təcrübəyə gələn tələbələri iştirak etdilər.

Təcrübəçi tələbələr və onları müşayiət edən müəllimlər təcrübə müddətində qazandıqları bilik və bacarıqlardan, keçdikləri dərslərdən, eləcə də məktəbdə formalaşan xoş təəssüratlarından danışıblar. Hər bir fənn üzrə aparılan fəaliyyətlər və əldə olunan nəticələr haqqında məlumat verilib. Təcrübə dövründə məktəblə əməkdaşlıq səmərəli və qarşılıqlı hörmət çərçivəsində həyata keçirilib.

Sonda məktəb rəhbərliyi tərəfindən fəallığı ilə seçilən müəllim və tələbələrə Fəxri Fərman və  Təşəkkürnamə təqdim olunub. Bu jest tələbələr və müəllimlər tərəfindən böyük məmnuniyyətlə qarşılanıb. Təcrübə proqramı gələcək əməkdaşlıqlar üçün də mühüm zəmin yaradıb. Tələbələr məktəbdən zəngin təcrübə və xoş təəssüratlarla ayrılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi