Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri

30 apreldə keçirilmiş ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri elan olunub. Nəticələrə əsasən məktəbin IX siniflər üzrə Azərbaycan və rus bölmələri üzrə 42 nəfər şagirdindən 19 nəfəri 250 baldan yuxarı nəticə göstərmişdir. Onlardan 23 nəfər şagird 200 – 250  bal nəticə göstərmişdir.

Yüksək nəticə göstərən şagirdlər arasında 4 nəfəri ( 3 nəfər Azərbaycan bölməsi, 1 nəfər rus bölməsi) Bayramli Leyla Vüqar qızı Azərbaycan dili, Mahmudzadə Sahib Aqşin oğlu və Mehdi Murad Elçin oğlu ingilis dili, Cəfərov Əli Vidadi oğlu riyaziyyat fənni üzrə maksimal nəticə - 100 bal göstərmişdir.

Yüksək nəticə göstərən şagirdləri təbrik edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi