Tam orta təhsil kursu üzrə attestatlar təqdim olundu

Tam orta təhsil kursu üzrə attestatlar təqdim olundu
İyunun 19 – da məktəbdə XI sinfi birtirən məzunlara tam orta təhsil haqqında adi attestatlar verildi. 2024 – 2025 – ci tədris ilində ümumi təhsil pilləsi üzrə ümumilikdə 138 nəfər şagirddən 115 nəfərə adi attestatlar təqdim olundu. Attestatların təqdim edilməsində məktəb rəhbərliyi, sinif rəhbərləri, valideynlər və şagirdlər də iştirak etdilər.
Məktəbin direktoru Sevinc Musayeva məzunlara tam orta təhsil səviyyəsi üzrə adi attestatları təqdim edərək, onları tam orta təhsili bitirməkləri münasibəti ilə bir daha təbrik etdi, onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzuladı.