Müstəqillik ruhunda bir gün

Mayın 27 – də məktəbin rus bölməsinin ibtidai sinif müəllimi İlhamə Şirəliyevanın təşkilatçılığı ilə 3d sinif şagirdləri ilə “28 May – Müstəqillik Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak edirdi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Sonra Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Şagirdlər Müstəqillik Gününün tarixi haqqında məlumatlarla çıxış etdilər. Tədbirin əsas hissəsində 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Azadlıq uğrunda” adlı bədii səhnəcik nümayiş etdirildi. Bu səhnəcikdə Azərbaycanın müstəqilliyi və dövlətçiliyinin qorunması uğrunda aparılan mübarizə canlandırıldı. Şagirdlərin təqdimatında nümayiş etdirilən səhnəcik tamaşaçılara duyğulu anlar yaşatdı. Daha sonra şagirdlər müstəqillik və Vətən sevgisinə dair şeirlər səsləndirdilər.

Tədbirin sonunda  müəllim, valideyn və şagirdlərin birgə təqdim etdiyi Azərbaycan poeziyasına və milli dəyərlərə olan bağlılığı ifadə edən “Vətənim” adlı kompozisiya tədbir işrakçılarının böyük marağına səbəb oldu. Kompozisiya birlik və vətənpərvərlik ruhu hiss olunurdu. Valideynlər və qonaqlar tərəfindən tədbir yüksək qiymətləndirildi.

Tədbir unudulmaz və mənalı anlarla yadda qaldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi