“8 Aylıq Zəhmətin Nəticəsi – ‘Bilbacar’ Müsabiqəsinin Mükafatlandırma Tədbiri"

   Məktəbimizdə artıq 8 aydır ki, davam edən “Bilbacar” adlı müsabiqə uğurla başa çatdı. Bu müddət ərzində şagirdlər müxtəlif mərhələlərdə öz bilik və bacarıqlarını nümayiş etdirdilər.

   May ayının sonunda keçirilən mükafatlandırma tədbirində 6 fəal və uğur əldə edən şagirdə təşəkkürnamələr təqdim olundu. Həmçinin, onların əməyi və səyləri nəzərə alınaraq kiçik hədiyyələrlə də təltif edildilər. Bu, onların "bilbacar" müsabiqəsində  əzmlə  iştirakına verilən mənəvi və simvolik bir dəyər oldu.

  Tədbirdə məktəb rəhbərliyinin  çıxışı, müəllimlərin dəyərli fikirləri və valideynlərin iştirakı tədbirə xüsusi rəng qatdı. Bu görüş yalnız şagirdlərin nailiyyətlərini qeyd etmək üçün deyil, həm də onların gələcək motivasiyası üçün önəmli bir addım oldu.

  Müsabiqədə iştirak edən bütün şagirdlərimizə təşəkkür edir,  qalib şagirdlərimizi ürəkdən təbrik edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi