“Tariximizi tanıyaq!” adlı bilik yarışması

Mayın 23 – də “28 May Azərbaycanın Müsəqillik Günü”nə həsr olunmuş bilik yarışı keçilildi. Yarışda məktəb rəhbərliyi, məktəbin tarix müəllimləri, valideynlər və şagirdlər iştirak etdilər. Yarışın keçirilməsində məqsəd, məktəblilər arasında Azərbaycanın dövlətçilik tarixində, AXC – nin mühüm yer tutduğunu, müstəqil və suveren ölkədə yaşamağın necə bir hiss oldugunu onlara təblig etmək idi. Bilik yarışmasında məktəbin 8 – ci sinif şagirdlərindən ibarət iki komanda “Zəka” və “Zəfər” mübarizə aparırdılar. "Zəka' və "Zəfər' komandaları AXC nin yaranması, fəaliyyəti, mədəni quruculuq tədbirləri haqqında sualları cavablandırdılar.
Yüksək rəqabət hissi ilə keçirilən bilik yarışında "ZƏKA" komandasi qalib gəldi. Qalib komansa məktəb rəhbərliyi tərəfindən diplomla təltif olundu.