Muzey ziyarəti: Tarixlə tanışlıq və mənəvi zənginlik

Mayın 23 – də məktəbin Şəhid baş leytenant İlkin Məmmədzadə adına 5 "Ç" sinfi, sinif rəhbəri Ruhəngiz Cəbiyeva və bir neçə valideyn heyəti ilə birgə Suraxanı Gəmi – Muzeyinə ekskursiya etdilər.  Uşaqları böyük hörmətlə qarşılayan muzey heyəti onlara bu muzeyin tarixi haqqında qısaca məlumat verdikdən sonra şagirdlər bələdçinin köməyi ilə muzeyi gəzmiş, hər bir görüntü barədə maraqlı məlumatlar əldə etmişlər. Bu məlumatlar və göstərilən eksponatlar şagirdlərin böyük marağına səbəb olmuşdur. Şagirdlərin dünyagörüşünün formalaşmasında muzeylərə ziyarətin çox böyük əhəmiyyəti var.

Sonda xatirə şəkli çəkdirilmişdir. Şagirdlər muzeydən xoş təəssüratlarla ayrılmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi