Məktəbəqədər hazırlıq qrupu ilə yekun görüş

Mayın 22 – də  məktəbin "0E" məktəbəhazırlıq qrupunda tədris ilinin son yekun valideyn iclası keçirildi. Tədbirdə məktəb rəhbərliyi, məktəbəhazırlıq qrupunun rəhbəri İlahə İbrahimova və valideynlər iştirak etdilər. Görüşün əsas məqsədi bir il ərzində görülən işlərə nəzər salmaq və qarşıdan gələn I sinif mərhələsi ilə bağlı valideynləri məlumatlandırmaq idi.

İclası məktəbin direktoru Sevinc Musayeva açaraq, erkən yaş təhsilinin əhəmiyyəti və valideyn-məktəb əməkdaşlığının önəmi barədə danışdı. Məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçısı  Sevda Rzayeva yeni tədris ilində şagirdləri gözləyən dəyişikliklər və məktəbli formaları ilə bağlı ətraflı məlumat verdi. İlahə İbrahimova uşaqların il ərzində qazandıqları bilik və bacarıqlardan bəhs edərək, onlara uğurlar və xoş yay istirahəti arzuladı.

Belə görüşlər valideynlərlə sıx əməkdaşlıq qurmaqla yanaşı, məktəbəhazırlıq mərhələsindən ibtidai təhsilə keçidin daha sağlam təməl üzərində qurulmasına imkan yaradır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi