Xoşbəxt ailə - sağlam uşaqlar

Ailə - məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində qurulması cəmiyyətin inkişafını şərtləndirən əsas amillərdən biridir. Bu məqsədlə məktəbdə "Xoşbəxt ailə - sağlam uşaqlar" adlı maarifləndirici tədbir keçirildi. Məktəbin valideyni, həkim-endokrinoloq Aygün İsmayılova "Reproduktiv sağlamlıq" mövzusunda çıxış edərək yeniyetməlik dövrünün insan həyatında ən vacib mərhələlərdən biri olduğunu qeyd etdi. Sagird Dəniz Vəlizadə məktəblilərə sağlam həyat tərzi mövzusunda təqdimatı ilə diqqət çəkdi. Məktəbin psixoloqu Nigar Bəkirova "Ailə tipləri və uşağın inkişafına təsir edən amillər" mövzusunda maraqlı çıxış etdi. Şagirdlərin hazırladığı "Ailəmə minnətdaram" adlı təşəkkqr videosu və bu mövzu ilə bağlı auditoriyanın verdiyi cavablar hamının marağına səbəb oldu.
Sonda şagirdlər şeir, səhnəcik və musiqi nömrələri təqdim etdilər.