"Valideynin məktəbdə bir günü" layihəsi – ibtidai sinif valudeynləri ilə görüş

İbtidai sinif valideynlərinin fəal iştirakı ilə keçirilən bu layihənin əsas məqsədi məktəb-valideyn əməkdaşlığını daha da möhkəmləndirmək idi. Valideynlər övladlarının məktəb həyatını yaxından izləmək, dərslərdə iştirak etmək və müəllimlərlə ünsiyyətdə olmaq imkanı əldə etdilər.

Tədbir çərçivəsində məktəb rəhbərliyi ilə görüş keçirildi və 2024–2025-ci tədris ilində məktəbimizin əldə etdiyi uğurlar haqqında təqdimat nümayiş etdirildi. Təqdimatda akademik nailiyyətlər, müxtəlif layihə və müsabiqələrdə qazandığımız uğurlar ətraflı şəkildə əks olundu.

Görüşdə məktəb psixoloqu Nigar Bəkirova valideyn – məktəb münasibətlərində yarananan problemlər və onların həll yolu, 1 – ci sinfə qədəm qoyan şagirdlərin psixoloji olaraq hazırlıqlarının yoxlanışı zamanı ən çox müşahidə edilən problemlərdən biri olan adaptasiya və sosiallaşa bilməmələri, şagirdlərin məktəbə uyğunlaşmaları üçün bağça və məktəbəhazırlığın önəmi haqqında danışdı. Cəmiyyətə yararlı bir şəxsiyyət kimi böyümələri üçün onlara söz azadığı verilməli fikir və düşüncələri nəzərə alpınmalıdır. Məktəb – valideyn əlaqələrinin şagirdin psixoloji inkişafına təsiri və birgə əməkdaşlığın əhəmiyyəti barədə dəyərli fikirlərini paylaşdı.

Bu cür təşəbbüslər valideynlərlə məktəb arasında qarşılıqlı anlaşmanı, güvəni və dəstəyi artırır, nəticə etibarilə şagirdlərin daha sağlam və uğurlu formalaşmasına xidmət edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi