“Tarixdə Bir İmza:Heydər Əliyev – 102”

Mayın 8 – də Ümumilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Tarixdə Bir İmza: Heydər Əliyev – 102” adlı tədbir məktəbin həyətində, açıq havada böyük coşqu ilə keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etdilər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra məktəbin direktoru Sevinc Musayeva Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Ulu Öndərin həyat və fəaliyyətindən, Azərbaycan xalqının həyatındakı müstəsna xidmətlərindən danışdı.

Məktəbin müəllimlərinin Ümummilli liderin təhsil haqqında söylədiyi kəlamlardan ibarət “Müasir Təhsilin Təməlində Ulu Öndərin İmzası” adlı fləşmob nümayiş etdirdilər.

Şagirdlər Ulu Öndərə həsr edilmiş şeirlər səsləndirdilər. Məktəbin xor qrupunun ifası, şagirdlərin milli rəqsləri, səsləndirilən xalq mahnıları alqışlarla qarşılandı.

Tədbirin sonunda məktəb kollektivi Ümummilli liderin “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” sözlərini böyük qürurla səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi