“Sağlam həyat naminə narkomaniyaya yox deyək” ..

Mayın 5- də məktəbdənkənar və sinifdənxaric ilər üzrə təşkilatçı Sevda Rzayeva və UBTR rəhbəri Samirə İbrahimovanın təşkilatçılığı ilə məktəbin 8f və 8c sinif şagirdləri ilə birlikdə “Sağlam həyat naminə narkomaniyaya yox deyək” adlı dəyirmi masa təşkil olundu.

Dəyirmi masanın keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək olmuşdur.

    İlk olaraq Sevda Rzayeva dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən söhbət açdı.

Şagirdlər hazırladıqları təqdimatlarda narkotik vasitələrdən istifadə edən hər bir kəsin uğurlu gələcəyindən imtina etməsini, cəmiyyətdə həmişə geridə qalmasını və aludəçiliyini, zərərli təsirlərin fəsadlarından qurtula bilməməsini söylədilər. Bütün insanları sağlam həyat tərzi keçirməyə, ətraf aləmin gözəlliklərindən  zövq almağa çağırdılar.

Sonda  maarifləndirici videoçarx nümayiş olundu, şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi