“Valideynin Məktəbdə Bir Günü”

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 17 aprel 2025 – ci il tarixli  3 – 29 – 59/3 – 2 – 192A/2025 nömrəli əmrinə əsasən mayın 6 – da məktəbdə “Ailəm və məktəbim” layihəsi təşkil olunmuşdur.

Valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə daha yaxından tanışlığının təmin olunması, məktəbin tədris resursları və məktəbdə həyata keçirilən layihələr barədə məlumatlandırılması, istər infrastruktur, istərsə də tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərin əldə edilməsi məqsədilə 6 may tarixində “Valideynin Məktəbdə Bir Günü” adlı tədbir təşkil olunmuşdur.

Məktəb rəhbərliyi tərəfindən səmimi qarşılanan valideynlər dəvətə görə təşəkkürlərini bildirərək əyani olaraq məktəbin dərnək, steam, sinif otaqları, fənn kabinetləri və idman zalı ilə tanış oldular.

İnformatika fənnini tədris edən əməkdar müəllim Naidə İsayeva şagirdlərin informatika fənninə maraqlarının artmasına uyğun olaraq fənn müsabiqələrində, olimpiadalarda iştirak etmələrini, onlara bər – bəzəkli əşya, bahalı geyim yerinə kompüter almalarını valideynlərə tövsiyə etdi.

Çağırışaqədərki Hərbi Hazırlıq dərslərini böyük maraqla izləyən valideynlər məktəbdə təcrübə keçməyə gəlmiş ADPU – nin müəllim və tələbə heyəti ilə tanış oldular. Dördüncü kurs tələbəsi Şahin İbrahimovun məktəb rəhbərliyi, valideynlər qarşısında "Zirehli Texnikalar" adlı mövzusunu böyük həvəs və ruh yüksəkliyi ilə izah etməsi alqışlarla qarşılandı.

"Bacarıqlı Əllər" dərnəyinin üzvləri tərəfindən hazırlanmış əl işləri valideynlərə xüsusi zövq verdi.

Akt zalında “Məktəbin Uğurları” adlı videoçarx izləndikdən sonra, valideynləri maraqlandıran suallara cavab verildi, onları narahat edən məsələlərə aydınlıq gətirildi.

Azərbaycan dili və ədəbiyyat müəllimi YusufKənan Xuraman çıxış edərək gələcəyin şəxsiyyətinin yetişdirilməsində  məktəblə əməkdaşlığının daim davam etdirilməsinin valideynlərdən xahiş etdi.

Görüşün sonunda məktəbin ictimai həyatında fərqlənən valideynlər təşəkkürnamə ilə təltif edildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi