Maraqlı Dərs

Biologiya müəllimi Nəzakət Məmmədli məktəbin ən savadlı müəllimlərindən biri olaraq, tədris etdiyi təbiət fənnini şagirdlərinə sevdirə bilir. Nəzakət müəllimənin şagirdləri Respublika Fənn Müsabiqələrində iştirak edərək böyük uğurlar qazanırlar.

Mayın 1 – də 5a sinfində keçirilən təbiət dərsi məktəbin təlim – tərbiyə işləri üzrə direktor müavini Svetlana Kərimova tərəfindən dinlənildi. Dərsin mövzusu “Zəlzələ necə baş verir?” idi. Şagirdlər dərsə aid maraqlı tədqiqatlar hazırlamış, zəlzələnin gücünün necə ölçüldüyünü göstərən “Seysmoqraf” aparatını təqdim etdilər.

Onların dərsə olan yüksək marağı və mövzu ilə bağlı geniş məlumatlı olmaları müsbət qiymətləndirildi. Dərsi maraqla izləyən Svetlana Kərimova dərsdən məmnun qaldığını bildirib, Nəzakət müəlliməyə və şagirdlərinə uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi