"Narkomaniyaya son qoyaq" adlı maarifləndirici tədbir

Aprelin 30 – da məktəbin psixoloqu Nigar Bəkirova tərəfindən yeniyetmələr arasında narkomaniya və zərərli vərdişlərə meylərin, hüquq pozuntuları və cinayətkarlıq hallarının qarşısının alınması istiqamətində "Narkomaniyaya son qoyaq" adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, Məktəbin UBTR – i, Məktəbin tibb bacısı, müəlim və şagirdlər iştirak edirdilər.
Tədbirin keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəslə zərərli vərdişlərin törətdiyi fəsadların həyati təhlükəsini mənimsətmək idi. Məktəbin istedadlı şagirdləri ilə birlikdə təqdim olunan səhnəcikdə baş rol Zeynəbin həyat hekayəsi canlandırılaraq zərərli vərdişlərə heç özü də düşünmədən necə qurşandığını və çıxış yolunu tapmasını canladırdılar. Beləliklə şagirdlər onlara təklif olunan bu maddələrin həyatlarını necə məhv etmələrini aydın şəkildə dərk etdilər.
Sonda məktəbin direktoru Sevinc Musayeva, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Sevda Rzayeva, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Yusifkənan Xuraman tədbir iştirakçılarına öz təşəkkürlərini bildirdilər. Qeyd olundu ki, son zamanlar Respublikamızda narkomaniyaya qarşı mübarizədə hüquq mühafizə orqanları ilə yanaşı, digər təşkilatlar da bir sıra işlər görür. Təşkilatlar insanlar arasında maarifləndirmə işləri vasitəsilə onları narkotik vasitələrdən uzaq olmağa çağırırlar. Bu gün məqsədimiz Narkomaniya ilə mübarizədir.