Dərnəklərin fəaliyyəti

Məktəbdə təşkil edilən dərnəklərin səmərəli fəaliyyəti, şagirdlərin əldə etdikləri nailiyyətlər məktəb rəhbərliyi tərəfindən izlənilir.

          Şagirdlərin həvəsli və maraqlı olduğu istiqamətdə müəyyən olunmuş 6 dərnək fəaliyyət göstərir.

    “Məntiqi Riyaziyyat”, “Bədii qiraət”, “Təbiətə qayğı”, “Bacarıqlı əllər”, “Voleybol” və “Basketbol” dərnəkləri fəaliyyət göstərir. Həmin dərnəklər komplektləşdirilərkən sinif səviyyəsindən asılı olmayaraq şagirdlərin marağı, istedad və intellekti nəzərə alınmışdır.

         Məktəbin biologiya müəllimi Nəzakət Məmmədli “Təbiətə Qayğı” dərnəyinin rəhbəridir. Onun rəhbəri olduğu dərnəyin fəal üzvləri hər il Respublika Fənn Müsabiqəsində iştirak edərək gümüş, bürünc medallara layiq görülüblər.

         “Bacarıqlı Əllər” dərnəyinin rəhbəri Gülşən Bağırova dərnək üzvlərinə parça üzərində muncuq düzməyi, müxtəlif cür saplardan istifadə edərək toxuma, cürbəcür parçalardan kiçik ölçüdə olan ətək, önlük, köynək tikməyi sevə - sevə öyrədir.

          Məktəbin fiziki tərbiyə müəllimlərindən Rəşad Səfərov “Basketbol”, Nailə Məmmədova isə “Voleybol” dərnəklərinə rəhbərlik edir. Dərnək üzvləri rayon üzrə keçirilən yarışlarda hər zaman qaliblər sırasında yer almışlar.

          “Məntiqi Riyaziyyat” və “Bədii qiraət” dərnək rəhbərlərinin fəaliyyəti də məktəb rəhbərliyi tərəfindən hər zaman yüksək dəyərləndirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi