Zərif Ömür – 102 il

Aprelin 28 – də məktəbdənkənar və sinifdənxaric işər üzrə təşkilatçı Sevda Rzayevanın, UBR Samirə İbrahimovanın təşkilatçılığı ilə məktəbdə görkəmli oftalmoloq – alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102 – ci ildönümünə həsr olunmuş “Zərif Ömür – 102 il” adlı dəyirmi masa keçirilmişdir. Dəyirmi masada məktəb rəhbərliyi, müəllimlər iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Sevda Rzayeva görkəmli oftalmoloq – alim, akademik Zərifə Əliyevanın elmi fəaliyyəti haqqında, Azərbaycan tibb elminin tarixində göstərdiyi misilsiz xidmətləri, apardığı tədqiqatlar haqqında informasiyanı hər kəsə təqdim etdi.
Məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Svetlana Kərimova Zərifə xanımın səsləndirdiyi – “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir” fikri söylədi.
Məktəbin direktoru Seevinc Musayeva görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyevanın keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görüldüyünü, xüsusuilə SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşdüyünü hər kəsin diqqətinə çatdırdı.
Dəyirmi masa iştirakçıları sonda görkəmli oftalmoloq – alim, akademik Zərifə Əliyeva haqqında videoçarxı izlədilər.