Oxu günü

Aprelin 23 – də məktəbin 5b sinif şagirdləri sinif rəhbəri Vüsalə Davudovanın təşkilatçılığı ilə Firudin Bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında oldular.
Kitabxana rəhbəri və əməkdaşları tərəfindən çox səmimiyyətlə qarşılanan şagirdlər kitabxana ilə yaxından tanış olduqdan sonra Oxu Zalına dəvət edildilər.
Burada onları yazıçı Zahirə Cabir qarşıladı və onlara müəllifi olduğu kitabları təqdim edərək hər biri haqqında ayrı – ayrı məlumat verdi.
Şagirdlər müəllifi olduğu hekayəni dinlədi sonra hekayənin adı “necə olar” müsabiqəsi keçirildi. Müsabiqənin qalibi hekayənin adını “Meşədə yanğın” tapan Cahandar Kazımzadə oldu. Və müəllif qalibə kitab hədiyyə etdi.
Şagirdlər Vətən, kitab və Ana dili haqqnda hazırladıqları şeir kompazisiyanı böyük həvəslə təqdim etdi.
Məktəb rəhbəri Sevinc Musayeva və Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsalə Davudova Firudin Bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının müdiri Şəhla Qəmbərovaya, yazıçı Zahirə Cabirə minnətdarlıq bildirdi.
Şagirdlər xoş təəssüratla kitabxanadan ayrıldılar.