“Sağlam nəsil-parlaq gələcək” layihəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq təlimatına əsasən aprelin 21 – də məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Sevda Rzayevanın, uşaq birliyi rəhbəri Samirə İbrahimovanın 7a sinif şagirdləri ilə birgə təşkilatçılığı ilə  “Sağlam nəsil-parlaq gələcək” layihəsinə start verilib.

Layihə çərçivəsində şagirdlərin əl işlərindən ibarət  zərərli vərdişlərlə mübarizəyə həsr olunmuş rəsm sərgisi, “Zərərli vərdişlərə yox deyək!” mövzusunda “Dəyirmi masa” və diskussiya təşkil olundu. Şagirdlərin sağlam həyat tərzi, zərərli vərdişər haqqında hazırladıqları maarifləndirici təqdimatlar onların bu istiqamətdə bilik dairəsini daha da zənginləşdirdi.

Dəyirmi masada məktəbin tibb bacısı Yeganə Daşdəmirova sağlam həyat tərzi və sağlam qidalanma, zərərli qidalar və vərdişlərin müqayisəli təhlilini apararaq şagirdlərin nəticələri şüurlu şəkildə, əyani anlamasını təmin etdi.

Sonda məktəbin direktoru Sevinc Musayeva bu istiqamətdə keçirilən tədbirlərin faydalı və zəruri olduğunu vurğulayaraq, şagirdlərə öz təşəkkürünü bildirdi. Onlara hər zaman sağlamlıqlarının keşiyində durmalarının, qorumalarının vacib olduğunu qeyd etdi.

#SağlamNəsilParlaqGələcək

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi