Ümummilli lider Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir!

 Aprelin 14 – də məktəbdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində  “Ümummilli lider Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir!” adlı tədbir keçirilmişdir.  Tədbir hər qarış torpağı canları və qanları bahasına əldə edilən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başladı. Məktəbin 8b sinif şagirdlərindən ibarət xor qrupunun ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə davam etdirildi.

  Tədbirdə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının müavini Sevinc Süleymanova, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətində “İctimai – siyasi və Humanitar məsələlər şöbəsini müdiri Nicat Allaverdiyev və şöbənin baş məsləhətçisi Leyla Quliyeva, 4 saylı “Asan Xidmət” mərkəzinin direktoru  Arzu   Mirzəyeva,  4 saylı “ASAN xidmət” mərkəzinin “Vətəndaşların hüquqlarının təminatı” sektorunun baş məsləhətçisi inzibati vəzifə tutan dövlət qulluqçusu Cəmilə Musayeva, 4 saylı “ASAN xidmət”mərkəzinin könüllü əməkdaşları, məktəbin pedaqoji heyəti və şagirdlər iştirak edirdilər.

   Aparıcı, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsalə Davudova qonaqları salamladı və söz məktəbin direktoru Sevinc Musayevaya  verildi. Sevinc Musayeva Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 28 dekabr 2024 – cü il tarixli 432 nömrəli Sərəncamı ilə 2025 – ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunması və bu istiqamətdə görülən işlər  haqqında iştirakçılara məlumat verdi.

   Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının müavini Sevinc Süleymanova tədbir iştirakçılarını salamlayaraq, Heydər Əliyev irsinin öyrənilməsi və inkişaf etdirilməsi istiqamətində aparılan işlər haqqında tədbir iştirakçılarına məlumat verdi. Sevinc Süleymanova qeyd etdi ki, Ulu Öndər, qüdrətli dövlət xadimi Heydər Əliyevin çıxış və nitqləri, məqalə və tövsiyələri, müdrik fikirləri, daxili və xarici siyasətdə həyata keçirdiyi tədbirlər və bu tədbirlərdə etdiyi çıxışlar Onun siyasi irsini təşkil edir. Bu irs müstəqil Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və respublika əhalisi tərəfindən öyrənilir və tətbiq edilir. Heydər Əliyevin siyasi irsi bu gün də aktualdır və xalqımıza yeni – yeni uğurlar bəxş edir.

    4 saylı “ASAN xidmət” mərkəzinin direktoru Arzu Mirzəyeva və “Vətəndaşların hüquqlarının təminatı” sektorunun baş məsləhətçisi Cəmilə Musayeva şagirdlərə öz hüquqlarını bilməli olduqlarını, erkən nikaha yox deməli, digər insanların hüquqlarına da hörmətlə yanaşılması haqqında geniş maarifləndirici məlumat verdi.

    4 saylı “Asan Xidmət” mərkəzinin könüllü əməkdaşları Həmid Reza Rahimi, Səriyyə Tağıyeva öz çıxışları və ətraflı məlumatları ilə şagirdlərin marağına səbəb oldular. Onların mövzu ilə bağlı nümayiş etdirdikləri videoçarx alqışlarla qarşılandı.

    Vüsalə Davudova “Konstitusiya və Suverenlik İli” çərçivəsində məktəbin müxtəlif istiqamətlərdə əldə etdiyi nailiyyətləri  qeyd etdi və məktəbin adını qaliblər sırasına yazdıran müəllim və şagirdlər haqqında məlumat verdi.

     Fərqlənən şagirdlər hörmətli qonaqlara gül təqdim edərək, xoş arzularını bildirdilər. Şagirdlərin bu jesti qonaqlar tərəfindən rəğbətlə qarşılandı.

     Tədbir bədii hissə ilə davam etdi. Şagirdlərin hazırladıqları şeir, rəqs, saz və xor ifası ilə sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi