Azərbaycan Milli İqtisadiyyat Olimpiadası (AzMİO) – bürünc medal

Azərbaycan Milli İqtisadiyyat Olimpiadası, şagirdlərin iqtisadiyyat sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə təşkil olunan prestijli bir yarışmadır. Bu tədbir, 5-ci sinifdən 11-ci sinfə qədər olan məktəb şagirdlərinə iqtisadi problemləri dərindən anlamaq və müasir iqtisadiyyatın əsaslarını öyrənmək imkanı təqdim edir.
Global Olympiad Center-in təşkilatçılığı ilə Azərbaycan Milli İqtisadiyyat Olimpiadasının (AzMİO) mükafatlandırma mərasimi keçirilib. Tədbirdə rəsmi qonaqlar, məktəb direktorları, valideynlər və şagirdlər iştirak ediblər.
Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərin iqtisadiyyat sahəsində bilik və bacarıqlarını inkişaf etdirməkdir. Bu tədbir, 5-ci sinifdən 11-ci sinfə qədər olan məktəb şagirdlərinə iqtisadi problemləri dərindən anlamaq və müasir iqtisadiyyatın əsaslarını öyrənmək imkanı təqdim edir.
Olimpiadada məktəbin rus bölməsinin 9e sinif şagirdi Cəmil Hacızadə Bürünc medala layiq görülmüşdür.
Qeyd edək ki, AzMİO iki mərhələdən ibarət olub. Bu il ölkə üzrə 5 imtahan mərkəzində keçirilən seçim mərhələsinə 2632 nəfər qeydiyyatdan keçib. Onlardan 204 nəfər final mərhələsinə vəsiqə qazanıb və nəticədə 73 nəfər medal qazanaraq fərqlənib.