Mərkəzi Bankda Qlobal Pul Həftəsi - 2025 (#GMW-2025) müsabiqəsi keçirilib

Mərkəzi Bankda 3 aprel 2025-ci il tarixində Qlobal Pul Həftəsinə həsr olunmuş məktəblərarası müsabiqənin təqdimat tədbiri keçirilib. Müsabiqədə 10 məktəbdən hər komandada 4 məktəbli olmaqla 40 şagird "Rəqəmsal dünyada təhlükəsiz ödənişlər: öz məlumatlarımızı və pulumuzu necə qoruyaq?" mövzusunda araşdırma aparıb və hər komandaya 1 mentor müəllim dəstək göstərib. Komandalar təqdim edilən mövzu çərçivəsində fərqli konsepsiyalarda (səhnəcik, mahnı, təqdimat və s.) məlumatlandırıcı çıxışlar edib. Komandaların çıxışları Mərkəzi Bankın müvafiq bölmələr üzrə rəhbər heyəti tərəfindən müxtəlif meyarlar əsasında qiymətləndirilib. Bütün iştirakçılar müvafiq sertifikatlarla təltif edilib. Tədbir interaktiv üsulla aparılıb və maraqlı anlarla yadda qalıb.
Qlobal Pul Həftəsi uşaqların və gənclərin maliyyə savadlılığını artırmaq üçün keçirilən bir beynəlxalq təşəbbüsdür. Azərbaycanda bu həftə Mərkəzi Bankın təşkilatçılığı ilə hər il yüksək səviyyədə keçirilir və məktəblilər arasında pulun idarə edilməsi, büdcə planlaması və rəqəmsəl maliyyə təhlükəsizliyi kimi mövzular üzrə məlumatlandırıcı tədbirlər həyata keçirilir.
Əsas məqsəd uşaqlarda erkən yaşlardan düzgün maliyyə vərdişləri formalaşdırmaq və gələcəkdə daha məsuliyyətli, savadlı və təhlükəsiz maliyyə qərarları verən vətəndaşlar yetişdirməkdir.