İdman həftəsi

Azərbaycan Respublikasının Prezidentinin 2023 – cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Əsasnamə”sinin 5.5.11 – ci yarımbəndinə müvafiq olaraq 4 – 10 mart tarixlərində ümumi təhsil müəssisələrində idman həftəsi keçirilmişdir.

İdman həftəsinin keçirilməsində əsas məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği, idman və bədən tərbiyəsinin inkişafı və bu sahədə kütləviliyin artırılması olmuşdur.

“İdman həftəsi” layihəsinin keçirilməsi barədə təlimata müvafiq olaraq 7 mart tarixində məktəb rəhbərliyinin, fiziki tərbiyə müəllimlərinin iştirakı ilə məktəbin ibtidai sinif müəllimi Rəfiqə Əliyeva 3a sinif şagirdləri ilə birgə “Şən startlar” estafret yarışı keçirmişdir.

Rəfiqə Əliyeva şagirdlərə məlumat üçün bildirdi ki, estafet oyunları şagirdlərin hərəki qabiliyyətlərinin inkişafında müstəsna rol oynayır. Şagirdlər yüksək rəqabət hissi ilə hərəkətləri düzgün və çevikliklə icra edərək estafet oyunlarını nümayiş etdirdilər.

Sonda qalib gələn komandaya kubok təqdim edildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi