Qlobal Pul Həftəsi 2025

Bu müsabiqənin geniş auditoriyası virtual dərslərə marağı daha da artırmış və hazırda kurslara müxtəlif hədəf qruplarının intensiv müraciəti müşahidə edilir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Beynəlxalq Maliyyə Təhsili Şəbəkəsi (INFE) tərəfindən təşkil olunan “Qlobal Pul Həftəsi 2025” müsabiqəsində 283 nömrəli tam orta məktəb də iştirak edəcək. Qlobal Pul Həftəsinin Azərbaycan üzrə kordinatoru AR Mərkəzi Bankıdır. Müsabiqənin keçirilməsində əsas məqsəd gənclər arasında maliyyə savadlılığının artırılmasını təmin etməkdir.
Müsabiqə 10 məktəb arasında(hər məktəb üzrə 1 mentor müəllim və VII, VIII siniflərdən 4 şagird) keçiriləcək. Komandalar 3 nominasiya üzrə mübarizə aparacaqlar.
Müsabiqə üzrə mentor müəllim və 4 şagird mövzu ətrafında informasiya axtarışına, toplanmasına, müzakirələrə start verdilər.