1 Mart – Ümumdünya Mülki Müdafiə Günü

Fevralın 28  – də məktəbdə “1 Mart  Ümumdünya Beynəlxalq Mülki Müdafiə Günü” qeyd olundu. Məktəbin Mülki Müdafiə tədbirlər Planına əsasən “Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş 2, 5, 6 – cı siniflər üzrə maarifləndirici dərslər, görüşlər, tədbir keçirildi. Keçirilən maarifləndirici görüşlərdə, dərslərdə  Mülki Müdafiə rəhbəri məktəbin direktoru Sevinc Musayeva, təlim – tərbiyə işləri üzrə direktor müavini Svetlana Kərimova, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Sevda Rzayeva və  məktəbin hərbi rəhbəri Dərgah Əliquliyev iştirak etdilər.

İlk öncə məktəbin hərbi rəhbəri Dərgah Əliquliyev şagirdlərlə maarifləndirici görüş keçirərək  yanğın, zəlzələ, qasırğa və s. kimi təbii fəlakətlər zamanı təxliyə olunma, ilk tibbi yardım haqqında hansı tədbirlərin görülməsi ilə bağlı onlara əməli – nəzəri məlumatlar verdi.

Tədbirdə Mülki Mudafiənin rəhbəri Sevinc Musayeva tədbiri açaraq şagirdlərə Mülki Müdafiənin əhəmiyyəti, vəzifələri, fövqəlada hallara qarşı necə hazırlıqlı olmağın yolları haqqında məlumat verdi.

 II, V, VI siniflərdə “1 Mart  Ümumdünya Beynəlxalq Mülki Müdafiə Günü”nə həsr olunmuş  mülki müdafiə dərsləri dinlənildi.  Şagirdlər yanğın, zəlzələ, daşqın, uçqun, qasırğa və s. kimi təbii fəlakətlər zamanı hansı tədbirlərin görülməsi ilə bağlı bilgilərini zənginləşdirdilər, təbii fəlakət baş verərsə, ilkin tibbi yardım, xilasetmə işlərini əks etdirən təqdimatlar, rəsmlər nümayiş etdirdilər, səhnəciklər təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi