Qisasın alındı bil, ay Xocalı!

Fevralın 26 – da məktəbin tarix müəllimi Sevinc Nadirovanın təşkilatçılığı ilə məktəbdə Xocalı soyqırımının 33 – cü ildönümünə həsr olumuş "Qisasın alındı bil, ay Xocalı!” adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, məktəbin pedaqoji heyyəti, valideynlər və şagirdlər iştirak edirdilər.
Azərbaycan Respublikasıın Dövlət Himni səsləndirildikdən sonra soyqırım qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Sevinc Nadirova Azərbaycan xalqının tarixində dərin iz buraxmış Xocalı soyqırımı haqqında tarixi fakt və hadisələri iştirakçıların diqqətinə çatdırdı. Tədbirdə çıxış edən şagirdlər əsrin soyqırımı kimi qiymətləndirilən Xocali faciəsini əks etdirən təqdimat və səhnəciklər nümayiş etdilər, şeir nümunələri və şüarlar səsləndirdilər.
Tədbirdə xüsusilə qeyd olundu ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub, Xocalı şəhəri separatçılardan təmizlənib. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində 2024-cü ilin mayında Xocalıya ilk köç baş tutub.
Tədbir şagirdlərin “Qisasın alındı bil, ay Xocalı!”, “Sən azadsan, Xocalı!” şüarları ilə yekunlaşdı.