“Əsrlərin, nəsillərin yadigarı, ana dilim!”

Fevralın 21 – də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsalə Davudovanın təşkilatçılığı ilə “21 Fevral Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş ,”Əsrlərin, nəsillərin yadigarı, ana dilim” adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, məktəbin pedaqoji heyyəti, məktəbin məzunu – Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya elmləri üzrə fəlsəfə doktoru, dossent Ulduz Qəhrəmanova, valideynlər və şagirdlər iştirak edirdilər.

Azərbaycan Respublikasıın Dövlət Himni səsləndirildikdən sonra 44 günlük Vətən müharibəsində vətənin hər qarış torpağı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla anıldı.

Şagirdlərin təqdim etdikləri səhnəcikdə, ifa etdikləri musiqilərdə, söylədikləri şeirlərdə, hikmətli sözlərdə ana dilinin zənginliyi,  saflığı, incəliyi tərənnüm olunurdu. İştiakçıların musiqi alətlərinin müşayiəti ilə canlı ifaları və rəqsləri hər kəs tərəfindən alqışlarla qarşılandı.

Aparıcılar Azərbaycan dilinin tarixi, müqəddəsliyi, qorunub saxlanması haqqında tarixi şəxsiyyətlərin söylədiyi fikirləri səsləndirdilər. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Ana dilimizin ən vacib tarixi amil olduğu, zənginliyi, Ali baş komandan İlham Əliyevin işğaldan azad edilmiş torpaqlaqlarda artıq ana dilinin hakim olduğu haqqında söylədikləri videoçarx nümayiş olundu.

Sonda məktəb rəhbərliyi tədbir iştirakçılarına öz təşəkkürünü bildirdilər və tədbir haqqqında öz  müsbət fikirlərini səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi