Ümumməktəb valideyn iclasları keçirildi

Fevral 14 – də məktəbdə V – XI siniflər üzrə valideyn iclasları keçirildi.
İclasda şagirdlərin I yarımil nəticələri, dərsə davamiyyətinə nəzarətin gücləndirilməsi, məktəbli formasının qaydasında olması, məktəbli kitabçalarının işlənmə vəziyyəti valideynlərin diqqətinə çatdırıldı, sinif rəhbərinin və fənn müəllimlərinin hesabatı dinlənildi.
İclasda məktəb rəhbərliyi tərəfindən keçirilmiş monitorinqlərin nəticələri fənn müəllimləri tərəfindən təhlil olunaraq valideynlərin nəzərinə çatdırıldı və müzakirələr aparıldı.
Məktəb rəhbərliyi IX, XI siniflərdə ümumi orta təhsil kursu üzrə keçiriləcək buraxılış imtahanları haqqında valideynləri maraqlandıran sualları cavablandırdı və müvafiq tövsiyələr verdi.