IELS – beynəlxalq qiymətləndirmə tədqiqatı

2018-ci ildən etibarən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən həyata keçirilən Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı (IELS) tədqiqatı beynəlxalq qiymətləndirmə tədqiqatlarından biridir. IELS tədqiqatı 5 yaşlı uşaqların bacarıqlarının, erkən təhsil təcrübələrinin, ev mühitinin və fərdi xüsusiyyətlərinin onların öyrənmə və inkişafına necə təsir etdiyini araşdırır.

2025-ci ildə 2 – ci dövrü baş tutacaq IELS beynəlxalq qiymətləndirmə tədqiqatında Azərbaycan ilk dəfə olaraq iştirak edir. Ölkəmizdə 2025-ci ilin yanvar-mart aylarında IELS-in əsas mərhələsinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu mərhələdə ölkənin 211 təhsil müəssisəsindən təxminən 3000 uşağın iştirak edəcəyi gözlənilir.

Məlumat olaraq bildirək ki, beynəlxalq qiymətləndirmə tədqiqatının imtahan mərhələsində uşaqlar yenilikçi və oyun əsaslı metodlarla qiymətləndirilir. Uşaqlar planşetlər üzərində oyun əsaslı fəaliyyətləri tamamlayır, müəllimlər/tərbiyəçi-müəllimlər və valideynlər isə uşaqların erkən təhsil təcrübələri, ev mühiti və fərdi xüsusiyyətləri ilə bağlı sorğu suallarını cavablandırırlar. Uşaqlar tapşırıqları təlim keçmiş və təcrübəli test administratorlarının dəstəyi ilə tamamlayırlar.

IELS qiymətləndirməsi uşaqların bacarıqlarını: ilkin savadlılıq, ilkin riyazi bacarıqlar, empatiya, İcraetmə funksiyaları (inhibisiya, işlək yaddaş, zehni çeviklik), İlkin savadlılıq və riyazi bacarıqlar istiqamətləri üzrə ölçür.

10, 11, 12, 13 fevral tarixlərində qrafikə  müvafiq olaraq, layihə məktəbdə tətbiq olunmağa başladı. Uşaqlar layihədə böyük həvəslə iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi