"2 Fevral Gənclər Günü"nə həsr olunmuş tədbir
Yanvarın 31 – də Binəqədi Rayon İcra Hakimiyyətində gənclərlə 2 Fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının I müavini Hacıbaba Babayev, müavin Sevinc Süleymanova, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi rayonu üzrə gənclər və idman sektorunun müdiri Kamran Quliyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin müdiri Günel Həsənova və elm, mədəniyyət, təhsil, səhiyyə, hərbi, ictimai, elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən rayon gəncləri iştirak etdilər.
Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, müstəqilliyi, suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxış edənlər gəncləri səmimi qəlbdən təbrik edərək onlara möhkəm cansağlığı, yüksək əhvali-ruhiyyə və ölkəmizin gələcək inkişafına naminə işlərində uğurlar arzuladılar.
Tədbirdə müxtəlif sahələr üzrə uğur qazanan rayon gəncləri çıxışlarında ölkəmizdə gənclərə göstərilən hərtərəfli qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda rayonun ictimai həyatında fərqlənən bir qrup gəncə Fəxri Fərman və mükafatlar təqdim olundu. Məktəbin informatika müəllimi Gültəkin Xasıyeva mükafatlandırılan müəllimlər sırasında yer alıb.
Məktəbin müəllimini təbrik edir, peşə fəaliyyətində uğurlar arzu edirik!