Həmrəylik və birlik milli ideologiyamızın əsasıdır

Dekabrın 29 – da məktəbin akt zalında məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aytəkin Rzayevanın təşkilatçılığı, məktəb rəhbərliyinin, valideynlərin, müəllimlərin və şagirdlərin iştirakı ilə “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr edilmiş  “Həmrəyrlik və birlik milli ideologiyamızın əsasıdır” adlı ümumməktəb tədbiri keçirildi.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra 25 dekabr AZAL – ın Bakı – Qroznı sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  

Aparıcılar “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nün tarixindən - əsasının 1989 – cu il Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhəddinin dağıdılması nəticəsində qoyulduğu haqqında məlumat verdilər. Bu günün milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirən gün olduğunu qeyd etdilər. Bu tarixin rəsmiləşdirilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışdılar.

Şagirdlər “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş “Bir, həmrəy ol, Azərbaycan!”, “Həmrəylik günü”, “Azərbaycan deyəndə”,  “Odlar ölkəsi” şeirlərini sevə - sevə tədbir iştitakçılarına təqdim etdilər.

Tədbirdə həmçinin “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş videoçarx nümayiş etdirildi.

Sonda məktəbin direktoru Sevinc Musayeva tədbir iştitakçılarına öz təşəkkürünü bildirdi, gənc nəslin təlim – tərbiyəsində göstərdikləri xidmətə görə fərqlənən bir qrup müəllimi Fəxri Fərmanla təltif etdi.

Sevinc Musayevanın səsləndirdiyi  - “Artıq biz tarixi sınaqdan uğurla çıxan birlik və bərabərliyimizin bariz nümunəsi olan həmrəylik günümüzü böyük qürur hissi ilə Tarixi Qələbənin doğurduğu yüksək əhval – ruhiyyə şəraitində qeyd edirik. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış və hər bir Azərbaycanlının sevinc və qürur hissinə çevrilmiş bu qələbədə canlarından keçməklə xalqımızın azadlığı uğrunda qəhrəmanlıq dastanı yazan bütün Şəhidlərimizin xatirəsini bu əziz günlərdə bir daha ehtiramla yad edirik. Qalib xalqımıza hər zaman birlik və həmrəylik arzulayırıq!” fikirlər iştirakçılar tərəfindən alqışlarla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi