“Qədim türk diyarı  Naxçıvan” adlı intellekual yarış

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 03.12.2024-cü il tarixli 59-D-327 nömrəli məktubunda “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında“ Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli 4248 nömrəli Sərəncamının icrasından irəli gələrək Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında uşaq və gənclərin maarifləndirilməsi məqsədilə cari ilin dekabr ayı ərzində "Məktəblərdə Naxçıvan ayı” layihəsinin keçirilməsi haqqında təlimata müvafiq Tədbirlər Planı hazırlanmışdır.

Tədbirlər Planına müvafiq olaraq dekabrın 24 – də məktəbin akt zalında məktəb rəhbərliyinin və məktəbin tarix müəllimlərinin təşkilatçılığı ilə X sinif şagirdləri arasında “Qədim türk diyarı  Naxçıvan” adlı intellektual yarış keçirildi.

İntellektual yarış Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı. Məktəbin tarix müəllimləri Şəfiqə Tağıyeva və Əfsanə Abdıyeva Naxçıvan Muxtar Respublikası haqqında şagirdlərə məlumat verdikdən sonra yarışın qaydaları haqqında iştirakçıları tanış etdilər. “Zirvə” və “Zəfər” komandaları arasında böyük rəqabət hissi ilə yarışa start verildi. Yarışda yoldaşlarının təqdimatında saz, tar ifaları, səsləndirilən şeirlər iştirakçıları daha da həvəsləndirdi.

Yarışda dolğun cavabları, çevikliyi ilə seçilən “Zəfər” komandası qalib oldu.

Məktəb rəhbərliyi hər iki komandanı aktiv iştirakına görə təbrik etdi. Komandalara məktəb rəhbərliyi tərəfindən Diplom təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi