“Müqəddəs diyar Naxçıvan” adlı dəyirmi masa

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 03.12.2024-cü il tarixli 59-D-327 nömrəli məktubunda “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında“ Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli 4248 nömrəli Sərəncamının icrasından irəli gələrək Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında uşaq və gənclərin maarifləndirilməsi məqsədilə cari ilin dekabr ayı ərzində "Məktəblərdə Naxçıvan ayı” layihəsinin keçirilməsi haqqında təlimata müvafiq Tədbirlər Planı hazırlanmışdır.

Tədbirlər planına müvafiq olaraq dekabrın 23 – də məktəbin kitabxanasında VIIIa və IXb sinif şagirdlərinin iştirakı ilə "Müqəddəs diyar Naxçıvan" adı altında dəyirmi masa keçirildi. Tədbiri kitabxana müdiri Sevinc Rəhimova giriş sözü ilə açaraq, Naxçıvanin qədim tarixi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr haqqında məlumat verərək, Naxçıvan diyarının tarixən çox çətin sınaqlarla dolu mürəkkəb və həm də çox şərəfli yol qət etdiyini iştirakçılara çatdırmışdır. Sagirdlər Naxçıvanın tarixinə dair maraqlı araşdırmalar aparmış müxtəlif dönəmlərdə ərazinin iqtisadiyyatı, mədəniyyəti,  tanınmış şəxsiyyətləri, tarixi abidələri, milli mətbəxi və yürütdüyü siyasəti barədə təqdimatlarla çıxış etdilər. Tədbirin keçirilməsində məqsəd Naxçıvanın mədəni irsi və etimologiyası barədə şagirdləri maarifləndirmək, görkəmli siyası və dövlət xadimlərinin xidmətlərini iştirakçıların diqqətinə çatdırmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi