“Gənc Hüquq Müdafiəçiləri” məhkəmə müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi

“Gənc Hüquq Müdafiəçiləri” məhkəmə müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Azərbaycan Respublikası Ali Məhkəməsində təşkil olunmuş tədbirdə Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov, elm və təhsil nazirinin müavini İdris İsayev, Milli Məclisin deputatları Kamal Cəfərov, Bəhruz Məhərrəmov, Vəkillər Kollegiyasının aparat rəhbərinin müavini Səttar Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Anar Qədiməliyev, Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı İctimai Birliyinin (“ELSA Azərbaycan”) prezidenti Nazim Çələbiyev, “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyinin sədri Nilgün Məmmədova, Ali Məhkəmə, Elm və Təhsil Nazirliyi, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Bakının inzibatı rayonları üzrə məhkəmələrin sədrləri, məktəb direktorları, mentor tələbələr və şagirdlər iştirak ediblər.

Elm və təhsil nazirinin müavini İdris İsayev müsabiqənin gənc nəslin qanuna hörmət ruhunda formalaşdırılması, vətəndaş cəmiyyətinin əsaslarının möhkəmləndirilməsinə, hüquqi savadlılığın artmasına töhfə vermək məqsədilə keçirildiyini bildirib. İ.İsayev dövlət siyasətinin əsas tərkib hissəsi olan intellektual və savadlı gəncliyin yetişdirilməsi işində belə müsabiqələrin rolundan, şagird-tələbə əməkdaşlığının uğurlu nəticələrindən danışıb.

Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov müsabiqədə iştirak edən şagirdlərin gələcəkdə peşəkar hüquqşünas olacağına və ölkəmizdə məhkəmə - hüquq sisteminin inkişafında, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində mühüm rol oynayacaqlarına inandığını bildirib.

Milli Məclisin deputatı Kamal Cəfərov belə bir müsabiqənin keçirilməsini yüksək dəyərləndirib. K.Cəfərov müsabiqənin tələbələrin, eyni zamanda gələcəkdə hüquqşünas olmaq istəyən məktəblilərin inkişafında müstəsna rol oynadığını, onlara nəzəri bilikləri praktik formada tətbiq etməyi və təkmilləşdirməyi öyrətdiyini söyləyib.

Müsabiqənin finalında I, II, III yeri tutan komandalara, həmçinin müxtəlif nominasiyalar üzrə fərqlənən şagirdlərə diplom və hədiyyələr təqdim olunub. Məktəbin Xa sinif şagirdi Busə Abbas fərqlənən şagirdlər sırasında yer alaraq, diplom və hədiyyələrlə təltif olunub.

Məktəbin şagirdini təbrik edirik, uğurlar arzu edirik!

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Müsabiqə

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi